MƏDƏNİYYƏT


Kino tariximizdə ilk dəfə retro kinotexnika sərgisi açılacaq

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Dövlət Film Fondunda “Keçmişdən səslər” retro kinotexnika sərgisi açılacaq.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, sərgidə kinostudiyanın istehsalat sexlərində və Dövlət Film Fondunun muzey ekspozisiyasında qorunub saxlanan XX əsrin operator texnikası, səsyazma avadanlığı, işıqlandırma cihazlarının nümunələri göstəriləcək.

Qeyd edək ki, belə zəngin formatda retro kino sərgisi kino tariximizdə ilk dəfə keçiriləcək.

Sərgilənən 100-dən artıq texnoloji nümunənin demək olar ki, hamısı bərpa edilib və işlək vəziyyətdədir. Sərgidə 60-70-ci illərin kino çəkilişi meydançasının atmosferi yaradılacaq, “Motor!” komandası eşidiləcək. Dünyadan getmiş böyük kino ustalarımızın səsləri iştirakçıları salamlayacaq.

Sərgidə rəqəmsal texnologiyalar dövründə kinonun nədən başlandığı, keçən əsrin birinci yarısında, eləcə də 60-70-80-ci illərdə kinomuzun şah əsərlərinin hansı avadanlıqlarla çəkildiyini görmək istəyənlər iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.