CƏMİYYƏT


Kinoloji xidmət itinin tətbiqi ilə narkotik vasitə aşkarlanıb

Bakı, 23 iyul, AZƏRTAC

Kinoloji xidmət itinin tətbiqi ilə psixotrop maddə və narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Gürcüstana gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

“Scania” markalı həmin avtomobilə baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib. Bu səbəbdən avtomobilin kabinəsi əsaslı yoxlanılıb. Yoxlama nəticəsində 1 ədəd sellofan paketdə, xalis çəkisi 0,411 qram olan metamfetamin və 2 ədəd plastik qabda, cəmi 160 millilitr həcmində metadon məhlulu aşkar olunub.

Metamfetamin avtomobilin sükanının mərkəzində olan siqnal mexanizmini işə salan plastik örtüyün altında, metadon məhlulu isə sürücü oturacağının altındakı boşluqda aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon məhlulu isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.