İDMAN


Kipr-Azərbaycan oyununun ilk hissəsi millimizin minimal üstünlüyü ilə başa çatıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçirilən Kipr-Azərbaycan oyununun birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Nikosiyadakı GSP stadionunda oynanılan matçın 29-cu dəqiqəsində millimizin üzvü Maksim Medvedev rəqib qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb - 0:1. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə bu hesabla bitib.

Qeyd edək ki, C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.