MƏDƏNİYYƏT
Kipr Müasir İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamının əsərləri sərgilənib
İstanbul, 1 iyun, AZƏRTAC
Türkiyənin Yaxın Şərq Universitetinin Kipr Müasir İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərləri sərgilənib.
AZƏRTAC xəbər verir ki, rəssam dünyada qorxu və narahatlığa səbəb olan yeni növ koronavirusla mübarizəyə fırçası ilə dəstək verib. Onun "Kipr rəqs festivalı", "Girne qalası və Qədim liman", "Kipr keramikası", "Zanbaq çiçəyi və akasiya" mövzularında çəkilən əsərləri sənətsevərlərə təqdim olunub.
Qeyd edək ki, Əsmər Nərimanbəyova görkəmli rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş, Azərbaycanın Əməkdar rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul