İDMAN


Kipr millisinin baş məşqçisi: Hesabda geri düşdükdən sonra oyunumuzu tapa bilmədik

Bakı, 9 sentyabr, AZƏRTAC

Oyuna yaxşı başlamadıq. Xüsusən hesabda geri düşdükdən sonra oyunumuzu tapa bilmədik.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 8-də UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində doğma meydanda Azərbaycan millisinə minimal hesabla məğlub olan Kipr yığmasının baş məşqçisi Yohan Valem oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, fasilədən sonra oyunda dönüş yaratmaq üçün dəyişikliklərə əl atıb. Üstünlüyü ələ alsaq da, qol vurmağı bacarmadıq. Komandada çoxlu dəyişiklik olub. Gənc oyunçulara necə oynamaq lazım olduğunu demişəm. Ancaq bu dəyişikliklər tez zamanda öz bəhrəsini vermir. Onların daha çox inkişaf etməyə ehtiyacı var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.