MƏDƏNİYYƏT


Kira Brenzinger: Tamilla Həsənovanın əsərləri mənə Pikassonu xatırladır

Paris, 2 oktyabr, AZƏRTAC 

Tamilla Həsənovanın əsərləri çox maraqlıdır. O, müasir Azərbaycan qadınını təqdim edib. Əsərlərdə Bakı şəhərinin simvolik binalarını gördük. Bütün bunlar ölkəni gedib gəzmək, görmək istəyi doğurur.

Bu fikri “Azərbaycanda tətil” sərgisini ziyarət edən lüks sahəsində ixtisaslaşmış redaktor Kira Brenzinger AZƏRTAC-a müsahibəsində bildirib.

Qeyd edib ki, gənc rəssamın daha çox göy rəngə üstünlük verdiyi görünür. Bu baxımdan Pikassoya oxşayıb. Çünki Pikasso da göy rəngə üstünlük verib. Göy rəng əbədilik, sadiqlik rəmzi sayılır. Müxtəlif janrlarda çəkilən əsərlər çox maraqlıdır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.