İDMAN


Kişi basketbolçular arasında Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

Bakı, 23 fevral, AZƏRTAC

2022-ci ildə keçiriləcək kişi basketbolçular arasında Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib.

AZƏRTAC Beynəlxalq Basketbol Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyinə sonuncu vəsiqəni Litva yığması qazanıb. Belə ki, sonuncu təsnifat oyununda Litva millisi Danimarka yığmasını 77:76 hesabı ilə məğlub edib.

Avropa çempionatının final mərhələsində Çexiya, Gürcüstan, Almaniya, İtaliya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İsrail, Litva, Niderland, Polşa, Rusiya, Serbiya, Sloveniya, İspaniya, Türkiyə və Ukrayna yığmaları birincilik uğrunda mübarizə aparacaqlar.

Çexiya, Gürcüstan, Almaniya və İtaliya ev sahibi kimi turnirin final mərhələsində iştirak hüququ qazanıblar.

Avropa çempionatı 2022-ci il sentyabrın 1-dən 18-dək Praqa, Tbilisi, Köln, Berlin və Milan şəhərlərində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.