İDMAN


Kişi boksçulardan ibarət Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışını davam etdirir

Bakı, 16 may, AZƏRTAC

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Avropa Olimpiya təsnifat turnirinə hazırlığı Özbəkistanda davam etdirir.

AZƏRTAC xəbər verir ki, Umberto Orta Dominqesin rəhbərlik etdiyi komanda Daşkənd vilayətinin Yanqiabad şəhərində bir neçə ölkənin millisi ilə təşkil olunan məşqlərə 6 boksçu ilə qatılıb. Hazırlıq prosesinə boksçularımızdan Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Məhəmməd Abdullayev (+91 kq) və Olimpiadada iştirakını təmin edən Tayfur Əliyev (57 kq) qatılıblar.

Özbəkistanda təlim-məşq toplanışı mayın 23-dək davam edəcək.

Avropa Olimpiya təsnifat turniri iyunun 4-8-də Parisdə keçiriləcək.

Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də başlayıb. Lakin Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılıb. Azərbaycan millisinin heyətində Tayfur Əliyev dörddəbir finala yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.