İDMAN


Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir

Bakı, 9 yanvar, AZƏRTAC 

Kişi boksçulardan ibarət Azərbaycan millisinin yeni ilin ilk təlim-məşq toplanışı davam edir.

AZƏRTAC xəbər verir ki, komandanın baş məşqçisi Vaqif Şirinovun məşqlərə dəvət etdiyi idmançıların funksional hazırlığının 80 faizini fiziki, 20 faizini isə taktiki-texniki təmrinlər təşkil edir. Məşqlərin yüksək səviyyədə davam etməsi üçün komanda və məşqçi heyəti üçün hər cür şərait yaradılıb. Təlim-məşqlərdə ölkə çempionatının finalçıları ilə yanaşı, məşqçilərin diqqətini cəlb edən gənc boksçular da iştirak edirlər.

Göygöldə təşkil olunan təlim-məşq toplanışı 21 gün davam edəcək və yanvarın 27-də başa çatacaq. Toplanış fevralda Rusiyada keçiriləcək yoldaşlıq görüşlərinə və Bolqarıstanda baş tutacaq beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.