İDMAN


Kişi boksçularımız dünya çempionatının hazırlığına start veriblər

Bakı, 19 avqust, AZƏRTAC

Kişilərdən ibarət boks üzrə Azərbaycan yığma komandası təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, toplanış kişilər arasında keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 idmançı iştirak edir.

Dünya çempionatı sentyabrın 7-dən 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.