İDMAN


Kişi həndbolçular arasında Azərbaycan çempionatı davam edir

Bakı, 9 dekabr, AZƏRTAC

Kişi həndbolçular arasında Azərbaycan çempionatı davam edir.

Azərbaycan Hədbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın 7-ci turunun oyunları keçirilib.

“ABU Arena”nın meydançasına əvvəlcə “Təhsil” və “Məhsul” komandaları çıxıblar. Nominal qonaqların üstünlüyü ilə yadda qalan oyunda favoritin asan qələbə qazandığını söyləmək olmaz. “Təhsil” həndbolçuları rəqibə ciddi müqavimət göstəriblər. Amma daha təcrübəli heyətə malik “Məhsul” görüşü qələbə ilə başa vurmağı bacarıb – 36:29.

Günün digər oyununda “Bakı” və U-18 komandaları üz-üzə gəliblər. Gənc həndbolçular çox çalışsalar da, növbəti məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Qarşılaşma gözlənildiyi kimi “Bakı”nın inamlı qələbəsi ilə nəticələnib - 34:21.

Aktivinə 12-ci xalı yazdıran “Bakı” çempionatın lideridir. “Məhsul” eyni xalla ikinci pillədə qərarlaşıb. “Təhsil”in 3, U-18-in 1 xalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.