İDMAN


Kişi həndbolçular arasında ölkə çempionatında “ikihakimiyyətlilik” davam edir

Bakı, 12 mart, AZƏRTAC 

Kişi həndbolçular arasında ölkə çempionatında mübarizə davam edir. Yarışın növbəti turunun oyunları da favoritlərin qələbəsi ilə başa çatıb. “Bakı” komandası bu dəfə U-16 kollektivini məğlubiyyətə uğradıb.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, görüş 36:26 hesabı ilə Azərbaycan çempionunun xeyrinə yekunlaşıb.

Qızıl medallara digər namizəd – “Məhsul” isə “Təhsil” komandasını sınağa çəkib. Nominal qonaqların müqavimətini qırmaqda çətinlik çəkməyən “Məhsul” oyunu qələbə ilə başa vurub – 33:21.

Hərəyə 18 xal toplayan “Bakı” və “Məhsul” komandaları çempionatın şərikli liderləridir. “Təhsil” 6 xalla üçüncü pillədə qərarlaşıb. U-16 komandasının aktivində xal yoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.