İDMAN
Kişi və qadın idman gimnastikası üzrə 25-ci Bakı çempionatı və birinciliyi davam edir
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, günün ikinci yarısında ikinci bölmədə idman gimnastikası üzrə kişilər arasında 2007-2008-ci il təvəllüdlü balacalar, 2008-2009-cu il təvəllüdlü kiçiklər, qadınlar arasında 2008-2009-cu il təvəllüdlü yeniyetmələr, 2005-2007-ci il təvəllüdlü gənclər qüvvələrini sınayırlar.
İki gün davam edəcək turnirdə 100-dən çox gimnast mübarizə aparır.
Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qruplarında məharətlərini göstərirlər.