İDMAN


Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV dövrənin oyunlarına start verilib

Bakı, 10 aprel, AZƏRTAC

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV dövrənin oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında təşkil olunan XVI turun ilk qarşılaşmasında “Neftçi” MOİK-i sınağa çəkib.

Matçın qalibi tay-brekdə müəyyən olunub. Birinci hissədə 25:23 hesabı ilə qalib gəlib MOİK növbəti 2 setdə 21:25, 22:25 hesabı ilə məğlub olub. Dördüncü hissəni Eldar Əliyevin komandası 25:22 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:9 hesabı ilə qalib gələn “Neftçi” görüşün hesabını müəyyənləşdirib -3:2.

Günün ikinci matçında “Ekspress” “Murov”la görüşüb. Bu qarşılaşmada isə qalib 3 hissədə müəyyən olunub. “Murov” voleybolçuları 3 xalı rəqibini 3:0 (25:12, 25:22, 25:14) hesabı ilə məğlub etməklə əldə edib.

Beləliklə, XVI turdan sonra “Murov” 35 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Neftçi” 30 xalla ikinci, MOİK 22 xalla üçüncü, “Ekspress” 6 xalla dördüncü, bu turda istirahət edən Sərhədçi” isə 3 xalla sonuncudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.