İDMAN


Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının növbəti oyunları təşkil olunub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının növbəti oyunları təşkil olunub

Bakı, 27 mart, AZƏRTAC

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Murov” Voleybol Klubunun idman zalında baş tutan çempionatın XIII turuna “Neftçi” “Sərhədçi” matçı ilə start verilib. Pərviz Səmədovun komandası hər üç hissədə qalib gəlib- 3:0 (25:7, 25:18, 25:15)

Günün ikinci qarşılaşması “Ekspress” və MOİK komandaları arasında olub. Bu qarşılaşmada da qalib üç hissədə müəyyən olunub. MOİK voleybolçuları 3 xalı rəqibini 3:0 (25:14, 25:8, 25:21) hesabı ilə məğlub etməklə əldə edib.

Beləliklə, XIII turdan sonra “Neftçi” 28 xalla turnir cədvəlinə liderlik edir, bu turda istirahət edən “Murov”-un 26, MOİK-in 18, “Ekspress”-in 6, “Sərhədçi” komandasının isə xalı yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.