Kişi voleybolçular arasında ölkə çempionatında yarımfinal mərhələsinə start verilir
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, oyun günündə “Murov” klubu MOİK, “Xarı bülbül” isə “Neftçi” ilə üz-üzə gələcək.
Ötən gün qadın voleybolçuların yarımfinalda mübarizəsinə start verilib. “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşıb. “Murov” rəqibinə 3:1, “Azərreyl” isə 3:0 hesabı qalib gəlib.
Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Xəbərin mətnində orfoqrafik səhv var