İDMAN


Kişi voleybolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb VİDEO

Konya, 9 avqust, Səxavət Quliyev, AZƏRTAC

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən Oyunlarda A qrupunda mübarizə aparan yığmamız Sudan seçməsi ilə qarşılaşıb.

Komandamız rəqibini 3:0 (25:13, 25:20, 25:22) hesabı ilə məğlub edib. Baş məşqçi Pərviz Səmədovun yetirmələri növbəti oyununu avqustun 11-də Kamerun millisinə qarşı keçirəcəklər.

Yığmamız A qrupunda Sudan, Kamerun və Mərakeş seçmələri ilə birgə mübarizə aparır.

Qeyd edək ki, Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq. Azərbaycanın aktivində 1 medal var. Belə ki, atletimiz Anna Skidan çəkicatma yarışlarında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olundu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.