İDMAN


Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstan yığması ilə qarşılaşıb

Bakı, 10 may, AZƏRTAC

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız mayın 9-da Yunanıstan millisi ilə qarşılaşıb.

Görüş Yunanıstan yığmasının 3:0 (25:21, 25:19, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz “F” qrupunda Monteneqro, Gürcüstan və Yunanıstan komandaları ilə birgə yer alıb.

Yunanıstan millisi 8 xalla qrupda birinci pillədə yer alıb. Monteneqro 4 xalla ikinci, Azərbaycan isə 3 xalla üçüncü yerdə qərarlaşıblar. Gürcüstan seçməsinin isə xalı yoxdur.

İkinci dövrənin oyunları Monteneqroda təşkil olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.