Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin “Avro-2023”ün təsnifat mərhələsi və İslamiada üçün heyəti açıqlanıb
AzerTAg.az
Bakı, 3 avqust, AZƏRTAC
Avropa çempionatının (“Avro-2023”) təsnifat mərhələsində və V İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti bəlli olub.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Pərviz Səmədovun rəhbərlik etdiyi komandanın heyətində Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev və Kənan Allahverdiyev yer alıblar.
Qeyd edək ki, bu heyət Azərbaycanı Türkiyənin Konya şəhərində keçiriləcək İslamiadada da təmsil edəcək. Avqustun 8-15-də baş tutacaq voleybol yarışlarında Azərbaycanın kişi millisinin A qrupundakı rəqibləri Sudan, Kamerun və Mərakeşdir.

Xəbərin mətnində orfoqrafik səhv var