İDMAN


Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb

Bakı, 4 may, AZƏRTAC

Xəbər verdiyimiz kimi, kişi voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandası mayın 4-də Gürcüstana yola düşüb.

AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz “F” qrupunda Gürcüstan, Monteneqro və Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq.

Millimizin heyətində Emil Abdullayev, Ramazan Ağabəyov, Aqil Ağazadə, Ruslan Əliyev, Elmin Alişanov, Kənan Allahverdiyev, Dimitriy Baranov, Sənan Dünyamalıyev, Tural Həsənli, Yegor Nikulenko, Mirəşrəf Rzazadə, Andrey Vasilenko və Roman Qurskiy yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.