İDMAN


Kişi voleybolçulardan ibarət millimiz Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb

Bakı, 7 may, AZƏRTAC

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız Monteneqro millisi ilə qarşılaşır.

Millimiz “F” qrupunda Monteneqro ilə yanaşı, Gürcüstan və Yunanıstan komandaları ilə də qarşılaşacaq.

Yığmamızın heyətində Emil Abdullayev, Ramazan Ağabəyov, Aqil Ağazadə, Ruslan Əliyev, Elmin Alişanov, Kənan Allahverdiyev, Dimitriy Baranov, Sənan Dünyamalıyev, Tural Həsənli, Yegor Nikulenko, Mirəşrəf Rzazadə, Andrey Vasilenko və Roman Qurskiy yer alıblar.

Voleybolçularımız mayın 8-də Gürcüstan, ertəsi gün isə Yunanıstan seçməsi ilə üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.