İDMAN


Kişi voleybolçulardan ibarət millimiz Avropa çempionatının təsnifat mərhələsinə məğlubiyyətlə başlayıb

Bakı, 7 may, AZƏRTAC

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə məğlubiyyətlə başlayıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız Monteneqro millisi ilə qarşılaşıb.

Görüş Monteneqro yığmasının 3:1 (25:23, 25:21, 21:25, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz “F” qrupunda Monteneqro ilə yanaşı, Gürcüstan və Yunanıstan komandaları ilə də qarşılaşacaq.

Voleybolçularımız mayın 8-də Gürcüstan, ertəsi gün isə Yunanıstan seçməsi ilə üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.