İDMAN


Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilk turunun oyunları keçirilib

Bakı, 16 yanvar, AZƏRTAC 

Yanvarın 16-da Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilk turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda ilk turun qalibləri müəyyənləşib. Belə ki, Emin Novruzov, Abdulla Qədimbəyli, İsmayıl Şahəliyev və Fərid Zeynalov hərəyə 1 xalla ilk dördlükdə qərarlaşıblar.

Ölkə çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparırlar.

Çempionat Azərbaycan Şahmat Federasiyasının binasında keçirilir. Yarışlara yanvarın 24-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.