İDMAN


Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının yeddinci turuna yekun vurulub

Bakı, 22 yanvar, AZƏRTAC 

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının yeddinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yeddi turun nəticəsinə görə, Məhəmməd Muradlı və İsmayıl Şahəliyev 5 xalla 1-2-ci yerləri bölüşürlər. Abdulla Qədimbəyli 4,5 xalla turnir cədvəlində üçüncü yerə yüksəlib. Dördüncü pillədə qərarlaşan Ülvi Bacaraninin də aktivində 4,5 xal var.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan turnirə yanvarın 24-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.