İDMAN
Kişilər arasında su polosu üzrə oyunlara start verilib [YENİLƏNİB] VİDEO
Kişilərin yarışında Rusiya millisi Ukrayna yığmasına 20:7, qadınların mübarizəsində isə Macarıstan komandası Serbiya kollektivinə 23:3 hesabı ilə qalib gəlib.
15:56
Hazırda kişilərin mübarizəsində Rusiya yığması Ukrayna komandası ilə qarşılaşır. Qadınların yarışında isə İsrail yığması Macarıstan kollektivi ilə üz-üzə gəlib.
14:37
Kişilərin yarışında “B” qrupunda mübarizə aparan Macarıstan millisi Almaniya komandasına 9:8 hesabı ilə qalib gəlib.
Qadınlar arasında mübarizənin “B” qrupunda isə Serbiya komandası 8:9 hesabı ilə Slovakiya yığmasına məğlub olub.
13:11
Serbiya millisi Slovakiya yığmasını 14:5 hesabı ilə məğlubiyyətə uğradıb.
Qadınların yarışında isə “B” qrupunda mübarizə aparan Rusiya yığması 25:3 hesabı ilə Fransa millisinə qalib gəlib. Rusiya millisinin heyətində Anastasiya Fedotova və Mariya Bersneva hərəyə 6 dəfə fərqləniblər.
12:31
Artıq su polosu üzrə kişilərin yarışına start verilib.
Bu mübarizədə “D” qrupunda növbəti qarşılaşma Serbiya-Slovakiya komandaları arasında keçirilir.
Görüşü Spiridon Akladiotis və Erkan Turkkan idarə edirlər.
11:52
Xorvatiya millisi Türkiyə yığmasını 17:6 hesabı ilə məğlub edib.
İspaniya yığması isə Malta komandasına böyük hesabla qalib gəlib - 22:4.
10:42
Bakı, 13 iyun, N.Həsənov, P.İmanova, AZƏRTAC
İyunun 13-də “Bakı-2015” birinci Avropa Oyunlarında kişilər arasında su polosu üzrə yarışlara start verilib.
AZƏRTAC xəbər verir ki, kişilərin mübarizəsində “C” qrupunda Xorvatiya millisi Türkiyə seçməsi, “D” qrupunda isə İspaniya yığması Malta komandası ilə qarşılaşır.
Birinci qarşılaşmanı hakimlər Kristian Landman və Qabriella Varkonyi, ikinci görüşü isə Vyaçeslav Byelyevtsov və Littlecon Brian idarə edirlər.