İDMAN


Kişilər və qadınlar arasında şahmat üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı, 2 noyabr, AZƏRTAC

Respublika Şahmat Mərkəzində kişilər və qadınlar arasında şahmat üzrə Bakı çempionatına yekun vurulub.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, yarışda 57 idmançı birincilik uğrunda mübarizə aparıb.

Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilib.

Qadınlar arasında Aysel Cəfərova birinci, Altunay Hacıyeva ikinci, Samirə Babayeva isə üçüncü olublar. Kişilərin mübarizəsində Eynur Kazımov qızıl medal qazanıb. Tural Məmmədzadə yarışı ikinci, Elxan Haqverdiyev isə üçüncü pillədə başa vurublar.

Yarışda birinci yeri tutmuş Aysel Cəfərova gələn il keçiriləcək Azərbaycan çempionatına, kişilər arasında mükafata layiq yerlər tutmuş idmançılarla yanaşı, dördüncü-beşinci pillənin sahibləri birinci dəstəyə vəsiqə qazanıblar.

Mükafatçılar müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.