İDMAN


Kişilərdən ibarət taekvondo üzrə milli komandamız təlim-məşq toplanışına start verib

Bakı, 29 iyun, AZƏRTAC

Kişilərdən ibarət taekvondo üzrə milli komandamız təlim-məşq toplanışına start verib.

AZƏRTAC xəbər verir ki, milliyə baş məşqçi təyin olunan Məmməb Abdullayevin rəhbərliyi altında hazırlıqlara başlayan komandamızın ilk məşqində Azərbaycan Taekvondo Federasiyasının rəhbər heyəti idmançılarla görüşüb.

Federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, idarə heyətinin üzvü Vüqar Məmmədov, nəzarət-təftiş komitəsinin sədri Bəxtiyar Mirzəliyev komanda qarşısında çıxış ediblər.

N.Səfərov milli komandadan uğurlu nəticələr gözlədiyini vurğulayıb: “Federasiyamız hər zaman yaxşı nəticələrə sahib olsa da, son zamanlar nəticələr o qədər də qənaətbəxş deyil. Uğurlu nəticələri yenidən əldə etmək üçün çox çalışmalıyıq. Bizi qarşıda bir neçə mötəbər yarış gözləyir. Ümidvaram ki, komandamız qarşıdakı yarışlarda uğurla çıxış edəcək”.

O, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Rəşad Məmmədovu təbrik edib, yeni təyinatlarında uğurlar arzulayıb.

N.Paşayev komanda üzvlərini yaxşı tanıdığını, onların potensialına bələd olduğunu bildirib və hər birindən yüksək nəticələr gözlədiyini vurğulayıb.

Baş məşqçi Məmməd Abdullayev komandanın yüksək nəticələr əldə etməsi üçün ciddi səy göstərəcəklərini bildirib: “Mənə göstərilən etimada görə, federasiya rəhbərliyinə təşəkkür edirəm. Öz növbəmizdə biz də beynəlxalq arenada himnimizi səsləndirməyə, Vətənə medallarla dönməyə çalışacağıq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.