Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kişineuda Müstəqillik Günü və Heydər Əliyevin anadan olmasının100 illiyi qeyd edilib VİDEO

Kişineu, 26 may, AZƏRTAC

Moldovanın Kişineu şəhərində Azərbaycanın Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Moldova Prezidenti Maya Sandu, parlamentin sədri İqor Qrosu, nazirlər, deputatlar, Moldovada akkreditə olunan xarici ölkələrin səfirləri, yerli KİV-lər iştirak ediblər.

Respublika Sarayında keçirilən tədbirdən öncə iştirakçılar ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan fotosərgi ilə tanış olub.

Azərbaycan və Moldovanın dövlət himnləri səsləndikdən sonra çıxış edən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov ilk öncə dəvəti qəbul edib, tədbirə gəldiyi üçün Prezident Maya Sanduya, parlament sədri İqor Qrosa və digər iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edilib ki, 1918-ci il mayın 28-də bütün Şərqdə, o cümlədən türk-İslam dünyasında ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər, o cümlədən dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahəsində atdığı addımlar 70 ildən sonra milli dövlətçilik ənənələrimizin bərpası işində mühüm və böyük rol oynayıb. Təəssüf ki, 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı və təsis etdi. Məhz 1993-cü ildə Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıtması – ölkəmizi böyük fəlakətdən xilas etdi. Ulu Öndərin misilsiz xidmətləri nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, ölkəmizdə sabitlik təmin edildi və bütün sahələrdə ciddi islahatlar aparılması nəticəsində, ölkəmiz inamla irəliyə getməyə başladı.

Azərbaycan ilə Moldova arasında əlaqələrin məhz Heydər Əliyevin dövründə inkişaf etməyə başladığı və bu gün iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq xarakteri daşıdığı bildirilib.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin siyasətini bu gün onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hər bir azərbaycanlı üçün qürur mənbəyi olan 44 günlük Vətən müharibəsində Şanlı Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. İşğal altında olan torpaqlarımız azad olunub, bu möhtəşəm Qələbə ilə haqq bərqərar olub, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Tədbirdə çıxış edən Prezident Maya Sandu bildirib ki, 1918-ci il 28 may tarixində Azərbaycan xalqının öz taleyini əlinə alaraq, azad və müstəqil olmaq arzusunu təsdiqləyən Azərbaycan Demokratik Respublikası elan edilib. Bu günlərdə həm də müasir Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olub. “Bütün Azərbaycan vətəndaşlarına, eləcə də Moldova Respublikasında yaşayan Azərbaycan icmasına səmimi təbriklərimi çatdırmaq fürsəti əldə etdiyimə görə şadam. Azərbaycan zəngin tarixi, çoxşaxəli və füsunkar mədəni irsi ilə fəxr edir. UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilmiş Novruz bayramı hər il Moldovanın Azərbaycan icması tərəfindən qeyd olunur, həmçinin xalqlarımız üçün mühüm dəyərlər olan sülh və həmrəylik qeyd edilir. İllər ərzində azərbaycanlılar azad, firavan və açıq cəmiyyət quruculuğunda iradə, mətanət və mətinlik nümayiş etdiriblər”, - deyə Maya Sandu vurğulayıb.

M.Sandu qeyd edib ki, Moldova ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Onlar ümumi dəyərlərə, sülh və sabitliyi paylaşdığımız öhdəliyə əsaslanır. “Biz bu əlaqələri möhkəmləndirmək istəyirik, çünki azərbaycanlıların və moldovalıların təhlükəsiz və firavan gələcəyi naminə birgə işləmək istəyirik. İqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası birgə komissiyasının 10 illik fasilədən sonra 2022-ci ildə yenidən fəaliyyətə başlaması bunun əyani təsdiqidir. Moldova üçün Azərbaycanla tərəfdaşlıq bizim enerji müstəqilliyinə nail olmaq istəyimiz kontekstində çox vacibdir. Biz birgə layihələri davam etdirmək və Azərbaycan ilə dəstək və əməkdaşlığa ümid etmək istəyirik”, - deyə Moldova Prezidenti çıxışında söyləyib.

Daha sonra tədbirdə Moldovanın xalq artisti Konstantin Moskoviç və ölkənin dövlət simfonik orkestrin iştirakı ilə konsert olub. Konsertdə Azərbaycanın klassik, bəstəkar mahnıları ifa edilib.

Sonda tədbir iştirakçılarına milli mətbəximizin ləziz təamları təqdim edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Kişineuda Müstəqillik Günü və Heydər Əliyevin anadan olmasının100 illiyi qeyd edilib VİDEO

Hamburqda keçirilən görüşdə bu şəhərdə Azərbaycan Evinin açılmasının zəruriliyi vurğulanıb

Gürcüstanda sovet dövründə müsəlmanlardan alınan məscidlərdən 234-ü artıq öz sahiblərinə qaytarılıb

İtaliya A Seriyası: “Yuventus” ardıcıl ikinci səfər oyununda xal itirib

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Türkiyə Ordusu İraqın şimalında terrorçuların hədəflərinə aviazərbələr endirib

Slovakiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə dair tədqiqatlar ilin sonunadək başa çatmalıdır – Gürcü nazir

“Sabah”ın kapitanı: Azərbaycan basketbolunu Avropada ən yaxşı səviyyədə təmsil etmək istəyirik

Şəhid Elvin Məmmədovun ildönümündə xatirəsi anılıb

“Sabah” basketbol klubunun baş məşqçisi: Qələbə uğrunda sona qədər mübarizə aparacağıq

Azərbaycanın tamblinq üzrə yığma komandası Parisdə keçirilən turnirdə qızıl medal qazanıb

1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür

Beynəlxalq Atletlər Forumunun birinci gününə yekun vurulub

Futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub

Gənc rəssam: Ən böyük arzum Şuşada əsərlərimdən ibarət sərgimin açılmasıdır

Türkiyə Superliqası: “Fənərbağça” qələbə seriyasını darmadağınla davam etdirib

Xabir Xabibullin: Azərbaycanda kəmər güləşi üzrə Avropa çempionatının yüksək səviyyədə keçiriləcəyinə inanıram

Yeni tarixi mərhələ: Naxçıvan reallıqları və çağırışlar

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrləri arasında üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Elnur Məmmədov: Ölkə rəhbərliyi Azərbaycanda milli idman növlərinin inkişafına xüsusi diqqət yetirir

Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakıda kəmər güləşi üzrə III Avropa çempionatı ilə əlaqədar görüş keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədəki terror hücumunu kəskin pisləyib

Güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi evləri su basıb

Milli Məclisin sədr müavini Adil Əliyev: Böyük Qayıdış Proqramı uğurla icra edilir

ADY: Dəllər stansiyasında sərnişindaşıma bərpa olundu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı VİDEO

Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM müəllimləri üçün seminar keçirilib

Komitə sədri: Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanın iqtisadi imkanlarını artıracaq

Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir

Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacaq

® “SAB” qanvermə aksiyası keçirib

Animatorların İnkişaf Proqramına qəbul başlayıb

II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı

® Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində fəaliyyətdədir

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb

Dominik Tilmans: Kosmos bizə müxtəlif sahələrdə monitorinqlər aparmağa imkan verir

® “Nar” şəbəkəsi Xankəndi şəhərində

Xankəndidə tibbi işin təşkili ilə bağlı tədbirlər görülür VİDEO

Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Baş prokuror: Ermənistanın kütləvi məzarlıqlarla bağı verdiyi məlumatlar dəqiq olmur

İlqar İsbatov: Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib

2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib

Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Fuad Aslanov: Azərbaycan kosmos sahəsində qlobal miqyasda bir sıra mühüm təşəbbüslərlə çıxış edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO

Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib

® Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub

Müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir

Kamran Əliyev: Lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib VİDEO

Orqanizmin vərdiş etdiyi qida rasionundan qəfil imtina bir çox ciddi xəstəliklərə səbəb ola bilər

Ahmet Yozgatlıgil: Biz gələcək nəsillərə daha sabit bir dünya qoyub getməyə borcluyuq

Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb

TÜRKSOY-un Baş katibi: TDT-nin üzvləri kosmos sahəsində birgə əməkdaşlığa böyük əhəmiyyət verir

IAF-ın sabiq prezidenti: Biz yeni kosmos erasına daxil oluruq

Oktyabrın 1-i Beynəlxalq Vegetarian Günüdür

IAF-ın prezidenti: Kosmos insanlar, xüsusilə gənclərimiz üçün maraq doğuran sahədir

Xüsusi müşavir: Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır

Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb VİDEO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bakıda soyuducu təmir sexində yanğın olub

Bu gün Beynəlxalq Ahıllar Günüdür

Dünyanın müxtəlif ölkələrindən Türkiyə məzunları Bakıda görüşüblər

Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA

Bu gün DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir

Bu gündən taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minir

Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək

Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq

Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir

Oktyabrın 1-dən taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində liberal Proqressiv Slovakiya partiyası liderdir

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Dağıstanın Xutrax kəndində güclü yanğın nəticəsində səkkiz ev yararsız hala düşüb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Ağsuda 3 otaqlı ev yanıb

"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Əsl hünər qurmaq, tikmək, yaratmaqdır – Deputat

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb

Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib

İsmayıllıda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub

Azərbaycanın hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı cinayət işi başlanılıb