CƏMİYYƏT


Kişineuda azərbaycanlıların da iştirak etdiyi bayram namazı qılınıb

Kişineu, 13 may, AZƏRTAC

Müqəddəs Ramazan bayramı ilə əlaqədar mayın 13-də Moldovanın paytaxtı Kişineu şəhərində yerləşən məsciddə bayram namazı qılınıb.

AZƏRTAC xəbər verir ki, bayram namazı Moldovada fəaliyyət göstərən müsəlman, o cümlədən Azərbaycan dini icmalarının rəhbərlərinin iştirakı ilə qılınıb.

Bayram namazında dualar oxunub, bütün dünyada müsəlman qardaşlarımızın sülh şəraitində yaşaması arzu edilib. Bayram namazından sonra iştirakçılara bayram süfrəsi açılıb.

Qeyd edək ki, Moldovada 15 minə yaxın müsəlman yaşayır. Kişineuda 3 müsəlman mərkəzi fəaliyyət göstərir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.