İQTİSADİYYAT
Kislovodsk və Qəbələ şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanacaq
Moskva, 28 oktyabr, AZƏRTAC
Kislovodsk və Qəbələ qardaşlaşmış şəhərlər olacaq. Bu barədə sənəd Bakıda keçiriləcək VII Azərbaycan-Rusiya Regionlararası Forumunda imzalanacaq.
Stavropol KİV-lərinin yaydığı xəbərə görə, vilayətin nümayəndə heyətinə qubernator Vladimir Vladimirov başçılıq edəcək. Səfər zamanı Rusiyanın bu regionunun Azərbaycan ilə sənaye, turizm, aqrar və humanitar sahələrdə əməkdaşlığının genişləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.
Qeyd edək ki, 2015-ci ilin yekunlarına görə, Azərbaycan ilə Stavropol vilayəti arasında xarici ticarət dövriyyəsinin həcmi 200 milyon dollar təşkil edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva