ELM VƏ TƏHSİL


Kişor Sing: Bakı Dövlət Universitetinin nailiyyətlərinə sevindik

Paris, 14 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin 100 illik yubileyinin UNESKO-nun baş qərargahında qeyd edilməsi vacibdir. Azərbaycanda 100 il əvvəl qızlar və oğlanların birgə təhsil aldığı ali məktəbin yaranması, tarixi və fəaliyyəti haqqında göstərilən film ölkədə təhsilə verilən önəmi nümayiş etdirir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Parisdə UNESKO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirinə qoşulmuş BMT-nin təhsil hüquqları üzrə sabiq məruzəçisi Kişor Sing söyləyib. O deyib ki, tədbirdə göstərilən film Bakı Dövlət Universitetinin nailiyyətlərini əks etdirib. Qədim təhsil ocağı böyük şəxsiyyətlər yetişdirib.

“Təhsil bu gün ən vacib məsələlərdəndir. UNESKO təhsilin inkişafına böyük önəm verir. Ölkənizin qurumda təhsil məsələlərinə verdiyi töhfələr hər kəsə bəllidir. Təhsilin gələcək təşkili önəmli məsələlərdəndir. BDU-nun nailiyyətlərinə çox sevindik”,- deyə K.Sing bildirib.

O, gənc istedadlı musiqiçilərin perfomansını yüksək qiymətləndirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.