Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kistalar adətən xoş xassəlidir və əksər hallarda cərrahi əməliyyatlarla müalicə olunur

Kistalar adətən xoş xassəlidir və əksər hallarda cərrahi əməliyyatlarla müalicə olunur

Bakı, 6 dekabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Arif Ağayev qida borusu xəstəlikləri, diafraqma yırtıqlarının erkən aşkarlanma yolları, qida borusu xərçəngi ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Arif müəllim, torakal cərrahiyyə əməliyyatı nədir və bu əməliyyat necə icra olunur?

- Torakal cərrahiyyə köks döş qəfəsində yerləşən orqanların xəstəliklərini əhatə edən cərrahiyyə bölməsidir. Torakal cərrah ağciyər, plevra, traxeya və bronxlar, qabırğalar, döş sümüyü, perikard, diafraqma, qida borusu, timus vəzi, süd vəzi və qalxanvari (tiroid) vəzin bəzi xəstəlikləri, mediastinum dediyimiz divararalığı orqanların xəstəlikləri ilə məşğul olur.

Ən çox rast gəlinən ağciyərin infeksion xəstəlikləri (pnevmoniya, vərəm, ağciyər absesləri), plevrit (plevraya maye toplanması) və empiemalar, traxeya və bronxların xoş və bəd xassəli daralmaları-stenozları, yad cisimləri, ağciyər qanaxmalarıdır.

Döş qəfəsi divarının xəstəlikləri arasında döş qəfəsi deformasiyaları, qabırğa və döş sümüyü sınıqları, törəmə (şişləri), perikar xoş (kistaları) və bəd xassəli törəmələri, diafraqma yırtıqları, süd vəzinin törəmələri, mastitlər daha çox rast gəlinir.

Mediastinum orqanları arasında daha çox mediastinal törəmələr - timomalar, mediatinal kistalar, qalxanvari vəzinin xoş və bəd xassəli (xərçəngləri) törəmələri, iltihabi-infeksion vəstəliklər-mediastinitlər və limfa düyünlərinin böyüməsi ilə müşahidə olunan xəstəliklər (limfoma, sarkoidoz, limfadenitlər), miasyeniya gravis xəstəliyi, sinir mənşəli törəmələrlə daha çox qeydə alınır.

- Qida borusu xəstəlikləri az bilinən xəstəliklərdir, sizcə səbəbi nədir?

- Qida borusu xəstəlikləri rastgəlmə sıxlığına görə daha çox rast gəlinsə də bu xəstəliklər barədə fikirlər çox mürəkkəbdir. Qida borusunun xəstəlikləri müxtəlif qruplara bölündüyü üçün terapevtlər, qastroenteroloqlar, ümumi cərrahlar və torakal cərrahlar tərəfindən diaqnostika və müalicə olunur.

Ən çox rast gəlinən xəstəlikləri qida borusu yad cisimləri, deşilmələri, reflüks xəstəliyi, axalaziya xəstəliyi, iltihabi xəstəlikləri, divertikulları, kimyəvi yanıqlar və yanıq sonrası daralmalar, anadangəlmə inkişaf qüsurları (atreziyalar) xərçəngləridir ki, bunlardan da xərçəng xəstəliyi həyat üçün daha təhlükəli və mürəkkəbliyi ilə seçilir.

- Qida borusu xərçəngləri hansı hallarda cərrahi əməliyyat olunur?

- Qida borusu xərçəngləri dünya statistikasında rastgəlmə tezliyinə görə bütün xərçənglər arasında 8-ci yeri tutur, xərçəngdən ölüm səbəbinə görə isə 5-ci yerdə durduğunu nəzərə alsaq, proqnozun yaxşı olmadığını söyləyə bilərik.

Adətən əlamətləri özünü qida qəbulun çətinləşməsi şəklində büruzə verir və bu artıq xəstəliyin irəlilədiyinin işarəsidir. Xəstələrin müayinələrə olan qorxusu və həkimlərə gec müraciət etməsi isə xəstəliyin erkən aşkarlanmasını əngəlləyən əsas faktorlardan hesab olunur. Diaqnozun qoyulması əslində çox çətinlik törətmədiyindən diaqnozun qoyuluşunda gecikmələr nadir rastlana bilir. Adətən diaqnostikası sadə endoskopik müayinə (qastroskopiya) ilə mümkündür. Lakin qida borusu xərçənginin müalicəsi nisbətən mürəkkəbdir və mütəxəssislərdən müasir bilik və peşəkarlıq tələb edir.

- Bəs qida borusu xərçənglərinin yaranma səbəbləri və risk faktorları hansılardır?

- Risk faktorları arasında qeyd etdiyimiz xəstəliklərdən olan reflüks xəstəliyi, spirtli içkilərin mütəmadi intensiv istifadəsi, tütün məmulatlarının - əsasən siqaret istifadəsi, qıcıqlandırıcı və kəskin qidaların istifadəsi, qaynar qidaların daimi - intensiv qəbulu, kimyəvi tərkibli suların daimi istifadəsi, müalicə edilməyən digər qida borusu xəstəlikləri əsas faktorlardan hesab edilir.

- Uşaqlarda qida borusu xəstəlikləri və onların müalicə yolları hansılardır?

- Uşaqlarda qida borusu xəstəlikləri adətən anadangəlmə qüsurlarla əlaqəli olur. Lakin yad cisimləri və təsadüfi kimyəvi yanıq törədəcək məhlulların istifadəsində yaranmış problemlərə də çox sıx rast gəlinir. Bunlar cərrahi müdaxilə və əməliyyatlarla aradan qaldırılır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizim də vətənimizdə uşaq və yenidoğulmuşlar üzərində müasir endoskopik cərrahi əməliyyatlar tətbiq edilir.

- Uşaqlarda və yetkin insanlarda hansı ağciyər kistaları müşahidə olunur?

- Torakal cərrahiyyənin aktual problemlərindən olan ağciyər xəstəlikləri arasında ağciyər kistaları xüsusi ilə uşaq və yeniyetmələr arasında daha çox yayılıb. Bunlar anadangəlmə və sonradan yaranmış olmaqla iki qrupa bölünür. Anadangəlmələr inkişaf qüsurlarına bağlı olduğundan adətən erkən yeni doğulmuş dövrlərdə aşkarlanır və aradan qaldırılır. Lakin gənc və yetkin yaşlarda da rast gəlinə bilir. Qazanılma kistalar havalı və maye tərkibli olur. Havalı kistalar adətən pnevmotoraksla ağırlaşdıqda və ya təsadüfən aşkarlanır. Ölkəmizdə ağciyərlərin tək və ya çoxsaylı hidatik kistalarına daha çox rast gəlinir. Kistalar adətən xoş xassəli hesab olunur və müalicəsi də əksər hallarda cərrahi əməliyyatların icrası ilə həyata keçirilir.

Qeyd edim ki, əksər əməliyyatlar mini-invaziv endoskopik üsullarla icra edilir və ölkəmizdə bu sahədə mütəxəssislər mövcuddur.

- Uşaqlarda diafraqma yırtıqlarının erkən aşkarlanma yolları hansılardır və hansı ağırlaşmalar baş verə bilər?

- Uşaq və yenidoğulmuşlarda diafraqma yırtıqları xüsusi ilə təhlükəli hesab olunur. Bu zaman qarın boşluğu orqanları döş boşluğuna dislokasiya etdiyi üçün həyati vacib orqanlar olan ağciyər və ürək fəaliyyətinin kəskin pozulması ilə müşayiət olunur. Erkən diaqnostikası bətndaxili dövründə ilkin ultrasonoqrafiya müayinəsi ilə tezləşdirmək faydalıdır, lakin bəzən çətinliklərlə qarşılaşmaq mümkündür. Bətndaxili dövrdə aşkarlanarsa, körpə dünyaya gələndə artıq cərrahi əməliyyat hazırlıqları görülməsi və erkən əməliyyat olunması ilə sonrakı ağırlaşmaları minimuma endirmək mümkündür. Baş verə biləcək ağırlaşmaları tənəffüs çatışmazlığı və buna bağlı süni tənəffüs aparatına qoşulma riskləri ilə yanaşı boğulmuş yırtıqlar həyat üçün təhlükəli hesab edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO