ELM VƏ TƏHSİL


Kitab sərgisi: Azərbaycanın mədəniyyət paytaxtı Şuşa

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evində “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı kitab sərgisi keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” çərçivəsində təşkil olunan sərgi Müzəffər Ordumuzun Azərbaycanın tarixi ərazilərinin azad edilməsi uğrunda qazandığı Qələbəyə ithaf olunub. Sərgidə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsini, bərpa və yenidənqurma işlərinin aparılmasını, Qarabağın tarixini, görkəmli şəxsiyyətlərini, mədəni irsini, Qarabağ müharibəsini əks etdirən kitablar, eləcə də Şuşa haqqında sənədlər, məqalələr, fotoqalereya və digər sənədlər təqdim olunub.

Sərgidə, həmçinin Milli Kitabxana tərəfindən hazırlanmış və Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiya da daxil olmaqla 40-dan çox kitab və digər material yer alıb. Biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövri mətbuatda, məcmuələrdə dərc olunmuş zəngin materiallar öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.