MƏDƏNİYYƏT


Kitab sərgisində növbəti təqdimat - “Bəhram Gur və Dürsəti” xalçası

Bakı, 9 oktyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində oktyabrın 9-da “Bəhram Gur və Dürsəti” xalçasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyinin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirovun müəllifi olduğu xalça dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr edilib.

Taryer Bəşirov görüş iştirakçılarına xalça haqqında ətraflı məlumat verib. Bildirib ki, xalçada ara sahənin mərkəzində ağ günbəzli sarayda Bəhram Gur və yeddinci sarayın gözəli Dürsəti təsvir olunub. Sarayın ətrafında isə Dürsəti tərəfindən nəql edilən hekayədən fraqmentlər verilib. Keyfiyyətli yun və ipəyin qarşığından toxunan xalça xüsusi parlaqlığa malikdir. Xalça yüksək sıxlıqda toxunduğu üçün üzərindəki miniatürlər aydın şəkildə görünür.

Sonda rəssam iştirakçıların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.