ELM VƏ TƏHSİL


“Kitabi-Dədə Qorqud” italyan dilində çap olunub

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan xalqının möhtəşəm sənət abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunun Drezden nüsxəsi İtaliyada “Sondro Teti” nəşriyyatı tərəfindən italyan dilində kitab şəklində çap olunub. Sənət abidəsini tanınmış italyan türkoloqu Federiko De Renzi tərcümə edib. O, eyni zamanda, italyan nəşrinə izahlı giriş sözü yazıb. “Kitabi-Dədə Qorqud”un italyan nəşri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”: yazılı epos və ya epopeya” adlı geniş “Ön söz”ü ilə ictimaiyyətə çatdırılıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, müqəddimədə “Kitabi-Dədə Qorqud” eposunun mənşəyi, yaranması, yazıya alınma prosesi, yazılı ədəbiyyat nümunəsi olması, əlyazma nüsxələri və poetikasından geniş bəhs olunur. İtalyan nəşrində verilmiş “Kitabi-Dədə Qorqud” eposu haqqındakı dünya üzrə elmi və bədii əsərlərin siyahısında Azərbaycan qorqudşünaslığına aid əsərlərə də geniş yer ayrılıb. Kitabda, həmçinin Dədə Qorqudun dövrünü və yayılma arealını əks etdirən xəritələr və nadir miniatürlər oxuculara təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.