MƏDƏNİYYƏT


Kitablar “eldən-elə, əldən-ələ” gəzəcək

Bakı, 6 iyun, AZƏRTAC

Mütaliəyə marağı daha da artırmaq məqsədilə “3 alma” və Nokia brendinin ölkəmizdəki təmsilçisi Mobitel şirkəti yeni bir layihəni həyata keçirməyə hazırlaşır.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, məqsəd kitab almağa imkanı olmayan aztəminatlı ailələrin uşaqlarını sevindirmək və onları elə kiçik yaşlarından mütaliəyə cəlb etməkdir. Layihə çərçivəsində Azərbaycanın ucqar dağ kəndlərində yaşayan məktəblilərə əlavə oxu kitabların paylanması nəzərdə tutulur. Bu aksiya və oxunan əsərlər barədə şagirdlərin rəy və fikirləri isə xüsusi yaradılmış “hashtag”lə sosial şəbəkələrdə çağırış şəklində yayılacaq. Mütəmadi olaraq davamı nəzərdə tutulan layihəyə görə kitabların təkcə məktəblərə deyil, uşaq evləri və sığınacaqlara da göndərilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.