MƏDƏNİYYƏT


Kitabxana Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar videoçarx hazırlayıb

Bakı, 13 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbirlər keçirməyə və məlumat xarakterli videoçarxlar hazırlamağa davam edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın hazırladığı növbəti videoçarxda Azərbaycanın ustad aşığı Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məlumat verilir. Videoçarxda, həmçinin kitabxananın əməkdaşı ustad aşığın əsərlərini də səsləndirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, bu il ölkəmizdə ustad aşığın yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.