MƏDƏNİYYƏT


Kitabxana Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolundan bəhs edən videoçarx hazırlayıb

Bakı, 20 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, videomaterialda Mübariz İbrahimovun ömür və keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilir.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunda anadan olub. O, Əliabad kənd orta məktəbində təhsil alıb. 2005-ci ildə orta təhsili başa vurub və hərbi xidmətə başlayıb. Hərbi xidməti “N” saylı xüsusi təyinatlı bölüyündə keçirib və 2007-ci ildə başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən hərbi xidmətdə çalışmağa başlayır. 2010-cu il iyunun 18-də gecə saatlarında təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənilərin çoxlu sayda əsgər və zabitlərini məhv edir.

Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Azərbaycan xalqı Mübariz kimi oğulları ilə fəxr edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.