MƏDƏNİYYƏT


Kitabxana “Narkomaniyaya yox deyək!” adlı videoçarx hazırlayıb

Bakı, 24 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Günü ilə əlaqədar “Narkomaniyaya yox deyək!” adlı videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında paylaşılan videoçarxda narkomaniyanı dövrün bəlası adlandırılır. Videoçarxda qeyd edilir ki, qloballaşan dünyamızın “ağ ölüm”ü qara fəsadları ilə dünyanın hər tərəfinə doğru ildırım sürəti ilə irəliləməkdədir. Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm"dür. Adından göründüyü kimi, bəşəriyyət uzun illərdir onun törətdiyi fəsadlar qarşısında aciz qalıb. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal poblemlərindən birinə çevrilən, insanları sakitcə ölümün ağuşuna atan, genefonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.