MƏDƏNİYYƏT
Kitabxana “Nizami Gəncəvi İli” ilə əlaqədar informasiya məktubu hazırlayıb
Bakı, 16 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Nizami Gəncəvi İli” ilə əlaqədar informasiya məktubu hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, informasiya məktubu Nizami Gəncəvinin ilk iri həcmli əsəri olan “Sirlər xəzinəsi” haqqındadır.
Məlumat xarakteri daşıyan məktubda poemanın “Sonuncu Peyğəmbərin şəninə”, “Peyğəmbərin meracı”, “Peyğəmbərin mədhi” adlı hissələri toplanaraq oxuculara virtual şəkildə təqdim edilib. Rəngli formatda verilən informasiya məktubu fotolarla da zənginləşdirilib.
Qeyd edək ki, Nizami Gəncəvi beş poeması – "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs və nəfəs gətirən dahi mütəfəkkirdir.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.