MƏDƏNİYYƏT


Kitabxana Nizami Gəncəviyə həsr olunmuş şeir müsabiqəsinin birinci seçim turuna yekun vurub

Bakı, 23 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan şeir müsabiqəsinin birinci seçim turuna yekun vurub.

İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Sabunçu rayonunda yerləşən 75, 67, 148, 215, 209, 4, 130 nömrəli tam orta məktəblərin III-X sinif şagirdləri iştirak ediblər.

Müsabiqənin əsas məqsədi dahi şair Nizami Gəncəvinin ədəbi irsinin məktəblilər arasında təşviqi, uşaqlar arasında mütaliəyə marağın artırılması, mütaliə vərdişlərinin aşılanması, kitabxanalara ictimai marağın genişləndirilməsi, istedadlı uşaqların aşkar olunmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.