MƏDƏNİYYƏT


Kitabxana Nizami Gəncəviyə həsr olunmuş videoçarx hazırlayıb

Bakı, 15 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Nizami Gəncəviyə həsr olunmuş videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial şəbəkə hesablarında paylaşılıb.

Videoçarxda Nizaminin həyat və yaradıcılığı, “Xəmsə”yə daxil olan “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl”, “İsgəndərnamə” əsərləri haqqında məlumatlar yer alıb. Qeyd edilir ki, dahi şair və mütəfəkkirin yaradıcılığı nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə yeni bir ədəbi məktəbin əsasını qoyub. Onun daim əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan əsərləri hər zaman təbliğ olunmalıdır. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. 2021-ci il dahi şairin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev ölkəmizdə bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Videoçarxda təqdim edilən şəkillərin əksəriyyəti Nizaminin əsərləri əsasında çəkilmiş və dünyanın tanınmış muzeylərində, kitabxanalarında nümayiş olunan miniatürlərdir. Söz və fikir ustadının əsərləri dünya miniatür sənətinin inkişafında da mühüm rol oynayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.