MƏDƏNİYYƏT


Kitabxana “Qan Yaddaşımız” adlı videoslayd hazırlayıb

Bakı, 7 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Qan Yaddaşımız” adlı videoslayd hazırlayaraq sosial şəbəkələrdə paylaşıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, videoslaydda Azərbaycanın işğal olunan torpaqları, ərazisi, coğrafi quruluşu, demoqrafik tərkibi, sosial, mədəni obyektləri və erməni təcavüzü nəticəsində itkilərimiz haqqında ətraflı məlumat verilib. Materialda Qarabağın düşmən tapdağı altında qalan dilbər guşələrimizin görüntüləri də yer alıb.

Qələbəyə inamla “Qarabağa gedirəm” çağırışı ilə ruhlanaraq təqdim olunan videoslaydın əsas məqsədi Vətənə məhəbbət və vətənpərvərlik ruhunun yüksəldilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.