MƏDƏNİYYƏT


Kitabxana bilik yarışması keçirib

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 nömrəli filialı "Audiokitab"ın təşkilatçılığı ilə kitabxananın fəal oxucuları arasında bilik yarışması keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, yarışa gənclər və yeniyetmələrdən ibarət 4 komanda qatılıb. Qalib komandaya ölkədaxili tur hədiyyə edilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd gənclərin kitabxanalara cəlb olunmasına və onların kitaba olan maraqlarının artırılmasına, eləcə də intellektual bacarıqlarının formalaşmasına töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.