ELM VƏ TƏHSİL
Kitabxana əməkdaşları kataloqlaşdırma modullarındakı yeniliklərlə bağlı təlimatlandırılıblar
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Vahid Qeydiyyat Sisteminin təşkili və Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin tətbiqi ilə bağlı təlim keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, təlimin təşkilinin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub. Təlimdə kataloqlaşdırma modullarında edilən yeniliklər, MRY-da iş sisteminin xüsusiyyətləri izah edilib.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, MEK-in Milli Rəqəmsal Yaddaş layihəsində əsasən Azərbaycanın qədim mədəniyyətini, tarixini, etnoqrafiyasını, arxeologiyasını, dövlətçiliyini, qanunvericiliyini, demoqrafik və statistik durumunu əks etdirən sənədlər yerləşdirilir.
Vahid Qeydiyyat Sistemi MEK-in əməkdaşları tərəfindən hazırlanaraq ötən il istifadəyə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]