MƏDƏNİYYƏT


Kitabxana əməkdaşları məktəblilərlə açıq havada viktorina keçirib

Bakı, 10 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 225 nömrəli tam orta məktəbdə viktorina təşkil edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə böyük metodist İradə Hüseynova çıxış edərək viktorinanın keçirilməsində məqsədin məktəblilərin mütaliə və tədqiqat bacarıqlarının öyrənilməsi, onlara mütaliə vərdişlərinin aşılanması olduğunu qeyd edib.

Viktorinada fəal iştirak edən şagirdlərə kitab hədiyyə olunub.

Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Zemfira Nusalova birgə əməkdaşlığa və məktəblilərin asudə vaxtının səmərəli təşkilinə görə kitabxana əməkdaşlarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.