MƏDƏNİYYƏT


Kitabxana əməkdaşları müxtəlif mövzulu videoçarxlar hazırlamaqla #evdəqal çağırışına həmrəy olurlar

Bakı, 10 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin şəraitində virtual xidmət göstərir.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşları müxtəlif mövzuda informasiya xarakterli videoçarxlar hazırlamaqla #evdəqal çağırışına həmrəy olduqlarını bildirirlər. Ədəbiyyat sahəsi ilə bağlı videoçarxların hazırlanmasında məqsəd yazıçı və şairlərin əsərlərinə maraq yaratmaqdır.

İzləyicilərə təqdim olunan növbəti videoçarxlar rus şairi Aleksandr Sergeyeviç Puşkin haqqındadır. Videoçarxda metodika-biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova A.S.Puşkinin “Я вас любил...” şeirini səsləndirir, İnformasiya-resurs şöbəsinin sistem inzibatçısı Gülnar Allahverdiyeva isə rus şairinin həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları izləyicilərə çatdırır.

Videoçarxda Puşkinin fotoları, sonda isə ölümü ilə bağlı məlumatlar yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.