MƏDƏNİYYƏT


“Kitabxana-filiallarda ALİSA proqramının tətbiqi” mövzusunda seminar keçirilib

Bakı, 27 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi “Kitabxana-filiallarda ALİSA proqramının tətbiqi” mövzusunda seminar keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, seminarı Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Tamilla Ağayeva aparıb.

Seminar zamanı ALİSA proqramında işləmə qaydaları, portala giriş, şöbənin iş funksiyasının təşkili, yeni ədəbiyyatın proqramda işlənmə qaydaları və sənədləşdirmə, filiallar üzrə həmin işlərin tətbiqi, kitabişləmə və kataloqlaşma işlərinin izahı verilib.

Daha sonra proqramın mənimsənilməsi üzrə dialoq aparılıb.

Qeyd edək ki, seminarın məqsədi ALİSA proqramı ilə işləmə vərdişlərinin əməkdaşlara öyrədilməsi və tətbiqi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.