MƏDƏNİYYƏT


Kitabxana növbəti tədbirini Amerika yazıçısı Ernest Heminqueyin yaradıcılığına həsr edib

Bakı, 4 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası koronavirus pandemiyası ilə bağlı bir çox onlayn tədbirlər və virtual görüşlər keçirib, şair və yazıçılar ilə canlı yayımlar təşkil edib, slaydlar hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, növbəti təşkil olunan vebinarda görkəmli Amerika yazıçısı Ernest Heminqueyin “Qoca və dəniz” əsəri ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də kitabxananın informasiya-resurs şöbəsi karantin dövrü ərzində oxuculara təqdim edilmiş onlayn və virtual xidmətlərdən, beynəlxalq məlumat bazaları ilə iş, elektron sənəd mübadiləsinin fəaliyyətindən söhbət açıb.

Fəal şagirdlər Sevindik Nəsiboğlu və Ələkbər İsgəndərli müzakirəyə qoşulub, söhbət əsərin məzmunu və təhlili üzərində qurulub.

Sonda pandemiyadan sonrakı dövrlərdə də kitabxanalarda işin yeni formatda təşkilinin və onlayn xidmətlərin genişləndirilməsinin aktuallığı vurğulanıb. Vebinarda ortaq elektron resursların yaradılması, kitabxanalararası elektron sənəd mübadiləsinin təşkili, ortaq layihələr hazırlanması və “onlayn kitabxana” modelinin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Kitabxana uşaqlara sağlamlıq, vətənə layiqli övladlar kimi böyüməyi və heç zaman kitabı, mütaliəni unutmamağı arzu edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.