MƏDƏNİYYƏT
Kitabxana onlayn görüşlərini uğurla davam etdirir
Bakı, 22 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası onlayn görüşlərini uğurla davam etdirir.
İdarədən AZƏRTAC-a bildirilib ki, ötən ilin aprel ayından başlayaraq kitabxana bir çox mədəniyyət və ədəbiyyat xadimləri ilə, şair və yazıçılara canlı görüşlər keçirir. Bu görüşlərin qonaqları şair Qulu Ağsəs, Qəşəm Nəcəfzadə, Kəmalə Abıyeva, yazarlar Əziz Yaqubzadə, Sahilə İbrahimova, İradə Əlili və s. olub.
Onlayn görüşün budəfəki qonağı tanınmış yazıçı-dramaturq Pərvin xanım olub. Əvvəlcə aparıcı N.Abdulova yazıçının yaradıcılığı haqqında ətraflı məlumat verib. Daha sonra yazıçı-dramaturq Pərvin xanım canlıya qoşularaq oxucuların və izləyicilərinin suallarını cavablandırıb.
Maraqlı və səmimi keçən söhbət zamanı Pərvin xanım yazdığı "Serpantin" və "Sevdim Səni" kitablar haqqında danışıb.
Sonda yazıçı kitabxana rəhbərliyinə və təşkilatçılara öz minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]